Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi dəftərxana və təsərrüfat mallarının satınalınması məqsədilə kotirovka sorğusu elan edir.
Tibb Universiteti tender - ELAN EDİR
FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasına (əlaqələndirici şəxs: AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin İnzibati-təsərrüfat şöbəsinin müdiri Rizvan Həsənov, telefon: (012) 497 69 41) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini zərfdə 06 oktyabr 2021-ci il tarixdə saat 16:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri 07 oktyabr 2021-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında açılacaqdır.
İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.