Milli Depozit Mərkəzi 1 LOT üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir.
İcra Hakimiyyəti böyük tender - ELAN EDİR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Milli Depozit Mərkəzinin movcud informasiya texnologiyaları infrastrukturunda tələb olunan avadanlıqların alınması, proqram təminatlarının qurulması və dəstəklənməsi üzrə işlərinin satınalınması işləri üzrə tender elan olunur.
1.Tender proseduru 29 sentyabr 2022-ci il tarixində saat 09:00-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
2. Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
3. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi);
İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
İddiaçının Rekvizitləri;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
İddiaçının Nizamnaməsi;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
Müvafiq sahə üzrə ən azı 3 (üç) il təcrübənin olması barədə təsdiqləyici sənəd
müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Qeydiyyatdan keçdiyi ölkə;
İddiaçının ixtisas uyğunluğuna dair tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.
Azərbaycan dilində tender təklifi (Tender təkliflərinin qüvvədə olma müddəti tender zərflərinin açıldığı gündən sonra azı 30 bank günü təşkil etməlidir);
tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);
4. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 28 sentyabr 2022-ci il saat 17:00-dək, digər tələb olunan sənədləri isə ən geci 20 sentyabr 2022-ci il saat 12:00-dək Portal vasitəsilə təqdim edə bilərlər.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
6. Tələb olunan mallar satınalma müqaviləsi imzalandığı gündən 60 (altmış) bank günü müddətində təqdim edilməlidir.
7. Qiymətləndirmə meyarı: qiymət və texniki göstəricilər üzrə.
8. Əlaqələndirici şəxs: Məmmədyar Novruzov, e- mail: [email protected]
9. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
10. Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.