Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi mərkəz üçün insan resurslarının, elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması və veb saytın yenilənməsi işlərinin satın alınması üçün açıq tender elan edir.
Azərsu tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender proseduru 23 iyul 2021-ci il saat 15.00-da Dövlət satınalmalarının (https://etender.gov.az/) vahid internet portalında (bundan sonra – portal) keçiriləcəkdir.
1. Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
2. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin aşağıdakı hesabına 200 (İki yüz) manat məbləğdə iştirak haqqı ödəməklə portal vasitəsilə əsas şərtlər toplusunu əldə edə bilərlər:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi
Kod- 805722
VÖEN- 9900001881
Hh- AZ95IBAZ38060019449319509204
Mh- AZ03NABZ01350100000000002944
S.W.I.F.T. IBAZAZ2X
3. Tenderdə iştirak üçün iddiaçılar portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
– iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi);
– iddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
– malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
– öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
– iddiaçının rekvizitləri;
–Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
– müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
– iddiaçının nizamnaməsi;
– satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
– qeydiyyatdan keçdiyi ölkə;
– iddiaçının ixtisas uyğunluğu barədə tenderin əsas şərtlər toplusunda nəzərdə tutulan digər məlumatlar;
– Azərbaycan dilində tender təklifi (tender təklifi 2021-ci il sentyabrın 3-dək qüvvədə olmalıdır);
– tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
4. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 22 iyul 2021-ci il saat 15.00-a , digər tələb olunan sənədləri isə ən geci 12 iyul 2021-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim edə bilərlər.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən sayılır.
6. Tələb olunan mallar satınalma müqaviləsi imzalandığı gündən 90 (doxsan) iş günü müddətində təqdim edilməlidir.
7. Qiymətləndirmə meyarı- qiymət və texniki göstəricilər üzrə.
8. Əlaqələndirici şəxslər-biznes üzrə - Leyla Qaralova, telefon-012-538-31-90 (1300), e-mail: [email protected] ;texniki məsələlər üzrə - Məmmədyar Novruzov, telefon- 012-538-31-90. (1101), e- mail: mammad[email protected].
9. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara aid izahatlar yalnız portal vasitəsilə verilir.
10. Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılışını və qiymətləndirilməsini portal vasitəsilə müşahidə edə bilər.