Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıda göstərilən lot üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir.
Lot -1. Milli Depozit Mərkəzinin Bakı, H.Zərdabi küçəsi 2A nömrəli ünvandakı binasında və Mərkəzi Bankın Sumqayıt şəhəri, 40-cı məhəllədə, C.Cabbarlı küçəsi 1 nömrəli ünvanda yerləşən Ehtiyat Mərkəzində kompüter, server, şəbəkə avadanlıqları, proqram təminatları və lisenziyaların alınıb quraşdırılması işlərinin satın alınması.
FED.az xəbər verir ki, tender proseduru 22 iyun 2021-ci il saat 15.00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – portal) keçiriləcəkdir.
Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Maraqlı şəxslər tenderdə iştirak üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin aşağıdakı hesabına 300 (üç yüz) manat məbləğdə iştirak haqqı ödəməklə portal vasitəsilə əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat-Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi
Kod- 805722
VÖEN- 9900001881
Hh- AZ95IBAZ38060019449319509204
M h- AZ03NABZ01350100000000002944
S.W.I.F.T. IBAZAZ2X
Tenderdə iştirak üçün iddiaçılar portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
– iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq dövlət orqanından arayış;
– Azərbaycan dilində tender təklifi (tender təklifi 2021-ci il avqustun 6-dək qüvvədə olmalıdır);
– tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
– iddiaçının ixtisas uyğunluğuna aid tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.
İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 21 iyun 2021-ci il saat 15.00-a , digər tələb olunan sənədləri isə ən geci 10 iyun 2021-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim edə bilərlər.
Satınalmaya başlanma vaxtı - satınalma müqaviləsi imzalandığı gündən.
Tələb olunan mallar satınalma müqaviləsi imzalandığı gündən 90 (doxsan) iş günü müddətində təqdim edilməlidir.
Qiymətləndirmə meyarı- qiymət və texniki göstəricilər üzrə.
İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara aid izahatlar yalnız portal vasitəsilə verilir.
Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılışını və qiymətləndirilməsini portal vasitəsilə müşahidə edə bilər.