Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) proqram təminatlarının satın alıması ilə bağlı tenderə yekun vurub.
"Azərsu" ASC böyük tender elan edir – ŞƏRTLƏR
FED.az xəbər verir ki, tenderin qalibi "Farah Innovations" MMC seçilib.
MİDA 18 proqram təminatı üzrə bir illik lisenziya və abunələrin alınmasına 191 859 manat ödəyəcək.
Qeyd edək ki, sözügedən şirkət- "Farah Innovations" MMC-nin 15 983 manat cari vergi borcu yaranıb. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin nəinki qalib seçilməsini, tenderdə iştirakını belə istisna edir. (Apa)