MİDA MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün su sayğaclarının alınıb quraşdırılması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701953921
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31.
Müsabiqənin başlama tarixi və vaxtı: 19.06.2023 14:59
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 13.07.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 21.07.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 24.07.2023 15:00
Çatdırılma yeri - Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə
Çatdırılma müddəti - 12 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
2022-ci ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi)
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən aid olduğu sahibkarlıq subyekti barədə məlumat (Dövlət Statistika Komitəsi tərəfindən verilmiş rəsmi arayış);
Malgöndərənin hüquqi statusunu təsdiq edən sənəd,qeydiyyatdan keçdiyi ölkə (nizamnamə, dövlət reyestrindən çıxarış, vergi şəhadətnaməsi, lisenziyası, rekvizitləri).
Son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş rəsmi arayış
Kadr imkanları haqqında məlumat (əmək müqavilələrinin e-gov çıxarışları);
İxtisas göstəriciləri:
Analoji işlər sahəsində təcrübəyə malik olmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əliyev Vüqar, Satınalmaların təşkili şöbəsi-Şöbə müdirinin müavini
Email: [email protected]
Əlaqə telefonu: (+99412) 594-54-01 239
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Smart kart tipli su sayğacının (20 mm) dəyəri |
adına uyğun |
701 |
ədəd |
2 |
Smart kart tipli su sayğacının (20 mm) quraşdırılması |
adına uyğun |
701 |
ədəd |