"MİDA " MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Füzuli, Cəbrayıl və digər şəhərlərdə yaşayış komplekslərinin tikintisinin video çəkilişlərinin aparılması və çəkilişlərin rəqəmsal formada arxivləşdirilməsi işləri nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701953921
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31.
Müsabiqənin başlama tarixi və vaxtı: 26.04.2023 17:45
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 18.05.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.05.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 30.05.2023 15:00
Çatdırılma yeri - Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31
Çatdırılma müddəti - 12 ay
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nərmin Mahmudova,
Satınalmaların təşkili şöbəsi-Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu:(+99412) 594-54-01 252
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş rəsmi arayış
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən aid olduğu sahibkarlıq subyekti barədə məlumat (Dövlət Statistika Komitəsi tərəfindən verilmiş rəsmi arayış);
Hüquqi statusu təsdiq edən sənədlərin (nizamnamə, dövlət reyestrindən çıxarış, vergi şəhadətnaməsi, bank rekvizitləri) notarial qaydada təsdiq edilmiş surəti
Kadr imkanları haqqında məlumat (əmək müqavilələrinin e-gov çıxarışları);
2022-ci ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);
İxtisas göstəriciləri:
Son bir il ərzində dövlət satınalmalarında iştirakı, icra etdiyi analoji müqavilələr haqqında məlumat;
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Video Arxivin Yaşayış komplekslərinin çəkilişi, arxivləşdirilməsi və sərt disklərdə saxlanılması işləri |
Adına uyğun |
120 |
ədəd |
2 |
Foto Arxivin çəkilişi, arxivləşdirilməsi və sərt disklərdə saxlanılması işləri |
Adına uyğun |
40 |
ədəd |
3 |
Taymlaps çəkilişi, arxivləşdirilməsi və sərt disklərdə saxlanılması işləri |
Adına uyğun |
400 |
ədəd |
4 |
Video və animasiya çarxların hazırlanması və sərt disklərdə saxlanılması işləri |
Adına uyğun |
35 |
ədəd |