Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində çoxmənzilli binaların tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender keçrir.
Təhsil Nazirliyi tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender 2 lot üzrə keçirilir:
Lot-1 - 4, 5 və 6 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi;
Lot-2 - 7, 8 və 9 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi, podratçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, analoji işlər üzrə təcrübəsi, texniki, maliyyə və kadr imkanları.
Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra aşağıdakı hesaba hər bir lot üzrə qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: +99412 594-54-01 daxili 239 ala bilərlər.
VÖEN: 1701953921
“Kapital Bank” ASC-nin Mərkəzi filialı
Filialın kodu: 200026
VÖEN: 9900003611
SİFT kod: AİİBAZ2X
M/h AZ37NABZ01350100000000001944
“MİDA” MMC
Hesab: AZ18AİİB38030019440029636102
Lot-1 -600manat;
Lot-2 - 600manat.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.
1.Tenderdə iştirak etmək üçün ərizə;
2.İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
3.Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
4.Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);
5.İddiaçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçı inşa etdiyi analoji tikililər barədə istismara qəbul Dövlət Aktının surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);
- digər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər, tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.
İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 2021-ci il 27 sentyabr tarixinə kimi Tender Komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama (zərfdə) 2021-ci il 05 oktyabr saat 14:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 2021-ci il 06 oktyabr tarixində saat 14:00-da “MİDA” MMC-də açılacaqdır.