Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" MMC növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki,həmin tenderdə Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulurdu.
Nəticələrə əsasən "Körpü-Bina-Tikinti" MMC, "Hovers Group" MMC və "Yar İnşaat Təmir-Tikinti" MMC ilə "Merkuri İnşaat" MMC konsorsiumu qalib müəyyən edilib.
Şirkətlərlə müvafiq satınalma (podrat) müqavilələri bağlanıb.