“MİDA” MMC növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün kombilərin alınıb quraşdırılması ilə əlaqədar keçirilmiş açıq tenderin nəticələrinə əsasən “İntegral Plus” MMC qalib olub.
Şirkətlə müvafiq satınalma (podrat) müqaviləsi bağlanmışdır.