Xəbər verildiyi kimi, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) nəzdində fəaliyyət göstərən MİDA MMC işğaldan azad edilən ərazilərdə yaşayış məntəqələrinin tiknitisi üzrə sifarişlərin bölüşdürülməsinə başlayıb.
FED.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə MİDA tenderləri 2022-ci ilin may ayından başlayıb və hələlik iki rayonu – Füzuli və Cəbrayıl rayonlarını əhatə edir.
İndiyədək MİDA bu rayonlarda tikinti işləri ilə bağlı ümumilikdə 8 tender elan edib, onlardan 2 tender bilavasitə tikniti işlərinin aparlması ilə bağlı olub.
Ümumi məbləği 26 milyon manata yaxın olan ən böyük iki tenderi “Merkuri-İnşaat” MMC və “Araz İnşaatçı” MMC-dən ibarət konsorsium, eləcə də “T.T.Ş İnşaat” MMC qazanıb. "RİCON" MMC isə ümumi məbləği 2 milyon manata çatan 3 tender qazanıb.
«MİDA» MMC-nin işğaldan azad edilən ərazilərdə elan etdiyi tenderlər və onların qalibləri
1 |
“T.T.Ş İnşaat” MMC (1600121371) |
Füzuli şəhərində 8,90 ha torpaq sahəsində13, 14, 15, 16, 17 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi |
11 631 733 AZN |
31.10.2022 |
2 |
“Merkuri-İnşaat” MMC “Araz İnşaatçı” MMC konsorsium (1600071371) |
Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 7, 8, 9, 10, 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi |
13 955 913 AZN |
12.09.2022 |
3 |
"RİCON" MMC (1900014631) |
Füzuli şəhərində 8,90 ha ərazidə yaşayış kompleksinin tikintisi, ərazinin şaquli planlaşdırılması |
680 430 AZN |
22.06.2022 |
4 |
Bakı Dövlət Layihə İnstitutu (1700162811) |
Füzuli şəhərində 8,90 ha torpaq sahəsində yaşayış kompleksinin şəhərsalma əsaslandırılmasının, tikinti layihəsinin (mühəndis-geoloji işlər, məhəllənin memarlıq həlli və yaşayış evləri, sosial obyektlər, ətraf mühitin təsirinin qiymətləndirilməsi, mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) və s.) hazırlanması və müəllif nəzarətinin yerinə yetirilməsi |
604 392 AZN |
14.03.2022 |
5 |
Ricon MMC (1900014631) |
Cəbrayıl şəhərində 7,87 ha ərazinin şaquli planlaşdırılması |
248 592 AZN |
31.10.2022 |
6 |
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu (1400126121) |
Cəbrayıl şəhərində 7,87 ha ərazidə tikintisi nəzərdə tutulan yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması (mühəndis-geoloji axtarış işləri, məhəllənin memarlıq həlli və yaşayış evləri, ətraf mühitə təsirin qiymətləndirilməsi, mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) və s.) hazırlanması və müəllif nəzarətinin yerinə yetirilməsi |
527 578 AZN |
29.07.2022 |
7 |
"MKS PYRAMIDA" Məhdud Məsuliyyətli Cəmiyyəti (3102651821) |
Füzuli şəhərində 8,90 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisinə hazırlıqla əlaqədar məlumat lövhələrinin hazırlanıb quraşdırılması |
12 884 AZN |
05/09/2022 |
8 |
"RİCON" MMC (1900014631) |
Füzuli şəhərində 8,90 ha ərazidə yaşayış kompleksinin tikintisi, ərazinin şaquli planlaşdırılması |
680 430 AZN |
11/05/2022 |