"MİDA" MMC 1 ədəd SUV (offroad) tipli nəqliyyat vasitəsinin satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701953921
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31.
Müsabiqənin başlama tarixi və vaxtı: 12.05.2023 17:40
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 05.06.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.06.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 14.06.2023 15:00
Çatdırılma yeri - Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31
Çatdırılma müddəti - 15 gün
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nərmin Mahmudova, Satınalmaların təşkili şöbəsi-Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (+99412) 594-54-01 252
Buraxılış ili: 2022 və yuxarı. Yürüş: 0 km. Ban növü: yüksək keçicilik qabiliyyəti olan SUV (yolsuzluq) maşını. Mümkün toqquşma ilə bağlı xəbərdarlıq sistemi,Toqquşmadan əvvəl əyləcin işə salınması sistemi, Sərnişin: 5 nəfər - 5+2 nəfər. Mühərrikin həcmi: 3500 cm3 - 5300 cm3. Silindir: V6 - V8. Yanacaq: benzin. Ötürücü: avtomatik. Yerdən klirens: ən azı 225 mm. Ətraflı təsviri: hidravlik dəri sükan, ABS+BA+EBD+VSC+ATRC+HAC+CRAWL+MTS, AEB-C, AEB-U, Hill Start Assist (HSA) system, Auto Hold system, multi sükan (bluetooth) CD/MP3,USB, AM/FM radio, ön və arxa parklama radarlar, sürücü və ön təhlükəsizlik hava yastıqları, pərdə tipli yan təhlükəsizlik yastıqları, immobilayzer, iki zonallı klimat kontrol, uzaqdan idarəetmə ilə mərkəzi kilid/pult, keyless go system, bort kompüter, yağış sensoru, işıq sensoru, ön və arxa dirsəkaltlıqlar, oturacaqların başaltlıqları, ön və arxa şüşələrin elektrik tənzimlənməsi, arxa şüşənin elektrik qızdırıcısı, sükanın hündürlüyə görə tənzimlənməsi, sürücü oturacağının hündürlüyə görə tənzimlənməsi, duman əleyhinə faralar, 17 – 18 düyümlü disklər. Rəng: qara. Ekoloji sinfi: EURO 5. Çatdırılma vaxtı: 30 gün. Zəmanət: minimum 3 il və ya 150 000 km.