“MİDA” MMC sahəxarici və sahədaxili elektrik enerjisi təchizatı, sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsi, istinad divarları, sahədaxili abadlıq və yaşıllaşdırma işləri ilə bağlı tender elan edir.
FED.az TENDER xəbər verir ki, tender 3 (üç) lot üzrə keçiriləcək.
Eləcə də bax:Sosial mənzillər 40 saniyəyə satıldı - AÇIQLAMA
Lot-1 – Sahəxarici və sahədaxili elektrik enerjisi təchizatı
Lot-2 – Sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsi
Lot-3 – İstinad divarları, sahədaxili abadlıq və yaşıllaşdırma işləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z (Əlaqələndirici şəxs : ZAHİD VƏLİYEV MUSA OĞLU , telefon : (+99412) 594 54 01 (daxili 238)) ünvanından ala bilərlər.
İştirak haqqı:
-
lot 1 - 700 AZN
-
lot 2 - 500 AZN
-
lot 3 - 500 AZN
Bank rekvizitləri:
-
Hesab: AZ18AIIB38030019440029636102
-
VÖEN: 9900003611
-
Bank: Kapital Bank, Mərkəzi filial
-
Kodu: 200026
-
M/H: AZ37NABZ01350100000000001944
-
S.W.İ.F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
-
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-
4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
-
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
-
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-
8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-
9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-
10. Digər sənədlər: Tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər. İddiaçının icra etdiyi analoji işlər barədə istismara qəbul aktının surətini və ya icrasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 04.06.2019 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13.06.2019 17:00 qədər Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 14.06.2019 15:30 tarixində Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.