Mənzil İnşaatı Dövlət Agentliyi kombilərin alınıb quraşdırılması ilə bağlı tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki,qalib "İntegral Plus" MMC (VÖEN: 1502841601) seçilib.
Şirkətlə 532 100 manat məbləğində müqavilə imzalanıb.
Tender müqaviləsində "Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün kombilərin alınıb quraşdırılması" nəzərdə tutulur.
Nəzərdə tutulan kombi sayı 701 ədəddir.