Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində“MİDA” MMC Füzuli şəhərində 8,9 ha torpaq sahəsində yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edir.
Eləcə də bax: MİDA Lənkəran və Sumqayıtdakı güzəştli mənzillər üçün - 9 Milyon Manat Ayırdı
FED.az xəbər verir ki, söhbət 7, 8, 9, 10, 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisindən gedir.
İştirak haqqı 1,2 min manatdır.
Telefon: (+99412) 594-54-01, daxili 239, əlaqələndirici şəxs – Vüqar Əliyev.
Tenderdə iştirak etmək üçün podratçının son 3 il (2019-2021) ərzində İstismara Qəbul Dövlət Aktı əsasında təhvil verdiyi çoxmənzilli yaşayış binalarında mənzillərin ümumi sahəsi azı 15min m2 təşkil etməli, tikinti-quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 milyon manat olmalıdır.
İddiaçılar öz tender təkliflərini 10 avqust saat 17:00-dək təqdim etməlidirlər. Tender təklifi zərfləri 11 avqust saat 15:00-da açılacaq. (İnterfaks-Azərbaycan)