“MİDA” MMC “BİMD” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Eləcə də bax: MİDA 15 milyon manatlıq tenderə - YEKUN VURUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün kombilərin (24 kW) alınıb quraşdırılması nəzərdə tutulur.
Müqavilənin dəyəri 2 239 223 manatdır.