Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan MİDA MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin Qərb hissəsində 18,81 hektar ərazidə 62 nömrəli 2 mərtəbəli, 240 yerlik, uşaq bağsçasının tikintisi ilə əlaqədar satınalmalar üzrə elektron açıq tender elan edir.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (PORTAL) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini PORTAL vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı: 700 (yeddi yüz) manat
Tenderdə iştirak haqqının ödənilməsi üçün bank rekvizitləri:
VÖEN: 1701953921 “Kapital Bank” ASC-nin Mərkəzi filialı
Filialın kodu: 200026 VÖEN: 9900003611 SWİFT kod: AİİBAZ2X M/h AZ37NABZ01350100000000001944 “MİDA” MMC
Hesab: AZ18AİİB38030019440029636102
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının müəyyən etdiyi digər sənədlər. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tender ilə bağlı sualları PORTAL vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 23.02.2021-ci il saat 12:00-a qədər və tender təklifi ilə bank təminatını 03.03.2021-ci il saat 12:00-a qədər PORTAL vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 04.03.2021-ci il saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə PORTAL vasitəsi ilə tanış ola bilərlər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.