“MİDA” MMC Cəbrayıl şəhərində yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması (mühəndis-geoloji axtarış işləri, məhəllənin memarlıq həlli və yaşayış evləri, ətraf mühitə təsirin qiymətləndirilməsi, mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) və s.) hazırlanması və müəllif nəzarətinin yerinə yetirilməsinə 527 min manatdan artıq vəsait yönəldəcək.
Eləcə də bax: "MİDA"nın 13 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU - ŞİRKƏT
Yaşayış kompleksi 7,87 ha ərazidə inşa olunacaq.
FED.az xəbər verir ki, bu işlərin icrasına dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə müqavilə bağlanıb.
Müqavilənin dəyəri - 527,578 min manatdır. (İnterfaks-Azərbaycan)