MİDA Cəbrayılda tikinti işləri ilə bağlı böyük tender elan edir.
MİDA Cəbrayılda 7 böyük yaşayış binası tikəcək - BÖYÜK TENDER ELANI
FED.az xəbər verir ki, tender elanı (2-ci) Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 30, 31, 32 və 33 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi işlərini əhatə edir.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31.
İştirak haqqı: 1.000 AZN
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 14.04.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.04.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 28.04.2023 15:00
Əlaqələndirici şəxs: Vüqar Əliyev
Əlaqələndirici şəxsin nömrəsi: (+99412) 594-54-01, daxili 239, email: [email protected])
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- Podratçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; • Podratçının inşa etdiyi analoji tikililər barədə İstismara Qəbul Dövlət Aktının surəti; • Podratçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənəd və formalarda təqdim edilməlidir); - Podratçının son 3 (üç) il (2020-2022) ərzində İstismara Qəbul Dövlət Aktı əsasında təhvil verdiyi çoxmənzilli yaşayış binalarında mənzillərin ümumi sahəsi azı 15 000 (on beş min) m2 təşkil etməlidir; - Podratçının son 3 (üç) il (2020-2022) ərzində tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 000 000,00 (otuz milyon) manat olmalıdır. Benefisiarın adı: “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Hesab nömrə: AZ18AIIB38030019440029636102 VÖEN: 1701953921 B1.Benefisiar (alan): Kapital Bank ASC Adı: Mərkəz filialı Kodu: 200026 VÖEN: 9900003611 S.W.İ.F.T.: AIIBAZ2X Müxbir hesab: AZ37NABZ01350100000000001944
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.