MİDA Cəbrayıl şəhərində böyük tender elanı edir.
FED.az xəbər verir ki, tender elanı Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində 6, 7, 8, 9 və 10 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini əhatə edir.
- Lot 1: Lot 2 - 6, 7, 8, 9 və 10 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
- Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31. (Əlaqələndirici şəxs : Vüqar Əliyev telefon : (+99412) 594-54-01, daxili 239, email: [email protected])) ünvanından ala bilərlər.
- İştirak haqqı:
- Lot 1 :1000 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- Podratçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; • Podratçının inşa etdiyi analoji tikililər barədə İstismara Qəbul Dövlət Aktının surəti; • Podratçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənəd və formalarda təqdim edilməlidir); - Podratçının son 3 (üç) il (2020-2022) ərzində İstismara Qəbul Dövlət Aktı əsasında təhvil verdiyi çoxmənzilli yaşayış binalarında mənzillərin ümumi sahəsi azı 15 000 (on beş min) m2 təşkil etməlidir; - Podratçının son 3 (üç) il (2020-2022) ərzində tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 000 000,00 (otuz milyon) manat olmalıdır. Benefisiarın adı: “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Hesab nömrə: AZ18AIIB38030019440029636102 VÖEN: 1701953921 B1.Benefisiar (alan): Kapital Bank ASC Adı: Mərkəz filialı Kodu: 200026 VÖEN: 9900003611 S.W.İ.F.T.: AIIBAZ2X Müxbir hesab: AZ37NABZ01350100000000001944
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10.02.2023 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20.02.2023 15:00 qədər Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31. ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 21.02.2023 15:00 tarixində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31. ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.