"MİDA" MMC Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar tenderlərinin qaliblərini açıqlayıb.
Eləcə də bax: Bakıda bu binalar - SÖKÜLƏCƏK - ELAN
FED.az xəbər verir ki, tednerləri "İnşaat" İstehsalat-Tikinti Quraşdırma İnşa Müəssisəsi və "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC qazanıb.
"MİDA" MMC "İnşaat" İstehsalat-Tikinti Quraşdırma İnşa Müəssisəsi ilə sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsi 1 milyon 117 min 750 manat məbləğində; "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC ilə ərazinin şaquli planlaşdırılması, səkilər və yollar, abadlıq və yaşıllaşdırma üçün 1 milyon 588 min 247 manat məbləğində müqavilələr bağlayıb.