Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa edəcəyi növbəti yaşayış kompleksinin podratçılarına ödəyəcəyi vəsait bəlli olub.
FED.az-ın məlumatına görə, Agentliyin tabeliyindəki MİDA MMC-nin Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində, 20 hektar ərazidə çoxmərtəbəli yaşayış kompleksinin tikintisi ilə əlaqədar elan etdiyi tenderdə qalib gələn şirkətlərə 48 mln. 161 min 449 manat ödəniş edəcək.
ELƏCƏ DƏ BAX: Şahdağ Turizm Mərkəzi bir şirkətə yarım milyon ödəyəcək - MÜQAVİLƏ
Belə ki, 7 nömrəli, 7 mərtəbəli binanın 1-ci, 2-ci və 3-cü seksiyalarının tikintisi işlərini “NN Group” MMC yerinə yetirəcək ki, buna görə MİDA şirkətə 13 mln. 655 min 137 manat, 7 nömrəli, 7 mərtəbəli binanın 4-cü və 5-ci seksiyalarının tikintisi işləri üçün “Hünər İnşaat” Firmasına 9 mln. 222 min 201 manat, 8 və 9 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 13 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi işləri üçün “Chinar İnshaat” MMC-yə 8 mln. 2533 manat, 10 və 11 nömrəli, 10 mərtəbəli yaşayış binalarının və 14 nömrəli, 90 yerlik uşaq bağçasının tikintisi işləri üçün “Perlit” MMC-yə 7 mln. 999 min 864 manat və nəhayət 1 920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsi işləri üçün “HN Construction” MMC-yə 9 mln. 281 min 713 manat ödəniş edəcək.
Qeyd edək ki, şirkətlərlə müvafiq satınalma (podrat) müqavilələri bağlanılıb.
MİDA bir şirkətə 50 milyon manat - ÖDƏYƏCƏK
20:11
29 Yan 2019