Mənzil İnşaatı Dövlət Agentliyi daha bir tenderə yekun vurub.
FED.az xəbər verir ki, "MİDA" MMC tərəfindən Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 - 1 nömrəli 15 mərtəbəli 1 bloklu yaşayış binasının və 14 nömrəli 2 mərtəbəli uşaq bağçasının tikintisi üzrə "Yar İnşaat Təmir Tikinti" MMC ilə "Araz İnşaatçı" MMC konsorsiumu qalib müəyyən edilib və müvafiq satınalma (podrat) müqaviləsi bağlanıb.