Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Yasamal rayonunda inşa edilən ikinci yaşayış kompleksinin (Yasamal-2) ərazisində istirahət mərkəzi və ictimai iaşə obyektlərinin tikintisinə investorlar cəlb etməyi planlaşdırır.
Eləcə də bax: MİDA tender - ELAN EDİR
FED.az xəbər verir ki, bu barədə cəmiyyətin elanında deyilir.
Seçim müsabiqə yolu ilə keçirilir.
Müsabiqədə iştirak haqqı 300 manatdır.
Potensial imkanlara malik olan investorlar təkliflərini 24 iyun saat 15:00-dək təqdim edə bilərlər.
Telefon: (+99412) 594-54-01 (daxili: 238)
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında, Qanlı Gölün şimal hissəsində yerləşir. Ümumi sahəsi 15,4 hektar təşkil edən yaşayış kompleksinin təməli 2018-ci il dekabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Yeni yaşayış kompleksi 22 doqquzmərtəbəli və 18 onikimərtəbəli olmaqla 40 binadan ibarətdir. Bu binalarda ümumilikdə 2202 mənzil olacaq ki, onlardan 160-nın birotaqlı, 114-nün studio tipli, 674-nün ikiotaqlı, 1128-nin üçotaqlı, 126-nın isə dördotaqlı olması nəzərdə tutulur. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.
Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, üç uşaq bağçasının və 1200 şagird yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub. (İnterfaks)