Banner

Tenderlər

"MİDA" 3 milyon manatlıq tenderlərə - YEKUN VURUB

"MİDA" 3 milyon manatlıq tenderlərə - YEKUN VURUB | FED.az
14:08 16 İyun 2020

"MİDA" MMC Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar ümumi dəyəri 2,7 milyon manatlıq iki tendərə yekun vurub.

Eləcə də bax: Dövlət qurumunun böyük tenderini “Arash Medical” uddu - MƏBLƏĞ

FED.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, birinci tender üzrə sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsi, ikinci tender üzrə isə   həmin yaşayış kompleksinin tikintisi ilə əlaqədar ərazinin şaquli planlaşdırılması, səkilər və yollar, abadlıq və yaşıllaşdırılması işlərin görülməsi nəzərdə tutulub.

Tenderlərin qalibi müvafiq olaraq "İnşaat" İstehsalat-Tikinti Quraşdırma İnşa Müəssisəsi və "11 Saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 1,12 milyon və 1,59 milyon manat ödəniləcək. (Report)

Digər xəbərlər

Banner