“MİDA” MMC “Proqram təminatının lisenziyalarının satınalınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumundan “Farah İnnovations” MMC-ə 421 minlik – SİFARİŞ
FED.az xəbər verir ki, tenderin qalibi “Farah İnnovations” MMC olub.
Qalib şirkətə 189 874 manat ödəniləcək.
Bu qiymətə daxildir 3 ədəd Anydesk Pro, hər birindən 1 ədəd olmaqla Total Network, Corel Draw X8 və 3DS Max, hər birindən 2 ədəd olmaqla Zoom Pro, Adobe Creative Cloud və ABBYY Fine Reader PDF, 5 ədəd Adobe Acrobat Pro, 16 ədəd Auto Cad Full, 13 ədəd Auto Cad LT və 130 ədəd Antivirus.