“Bakı Metropoliteni” QSC tenderin nəticələrini elan edib.
FED.az TENDER xəbər verir ki, tender 2 lot üzrə keçirilib.
Lot1. Yük və minik avtmobillərinin təkərlərinin satınalınması və Lot2.Avtomobil maşın mexanizimlər üçün ehtiyat hissələrinin alınması.
Lot1-in qalibi “Grand Motors” MMC olub və şirkətlə 449 min 178,8 manat dəyərində müqavilə bağlanıb.
Lot2-in qalibi “Nəqliyyat Təmir-təchizat” MMC qalib olub və şirkətlə 1 mln 626 min 492,3 manat dəyərində müqavilə imzalanıb.
2müqavilənin ümumi dəyəri 2 mln 75 min 670 manat təşkil edib.
Metropoliten 2 mln manatlıq müqavilə imzalayıb

09:24
10 Yan 2019