Ekologiya Və Təbii Sərvətlər Nazirliyi Yanında Meşələrin İnkişafı Xidməti növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin (“Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi”) salınması üzrə işlərin satın alınması" tenderinin qalibi "TVM İnşaat" MMC (VÖEN: 1101408601) olub.
Qalib şirkətlə 3 335 391 manat məbləğində müqavilə imzalaynıb.
"TVM İnşaat" daha öncə DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi ilə 3.598.989 manat dəyərindəki "Dİn Polis Akademiyasında yataxana binasının (C bloku) tikintisi" təkliflər sorğusu üzrə müqavilə imzalayıb (02.12.2022).