İnnovasiya və Təchizat Mərkəzi müxtəlif iş və xidmətlərlə bağlı 3 tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, təməlqoyma mərasiminin təşkili ilə bağlı tərtibat işləri və digər xərclərin satınalınması üzrə 29688 manatlıq tenderin qalibi "Formul" MMC olub.
Digər tender "COVİD-19" ilə bağlı laboratoriya testlərinin satınalınması üzrə olub. Bu istiqamət üzrə elan olunmuş 1 545 918 manatlıq tenderin qalibi Labservis LTD MMC olub.
Qripə qarşı "VaksiqripTetra" vaksinin satınalınması üzrə 1 260 063 manatlıq tenderin qalibi Epid Biomed MMC olub.
Qeyd edək ki, tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.