Azərbaycan mərkəzi Bankının mart ayında elan etdiyi və apreldə yekunlaşan iki tenderi baş tutmayıb.
Bu barədə FED.az-a AMB-dən bildirilib.
Belə ki, 05 mart 2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında və Azərbaycan Mərkəzi Bankının rəsmi internet səhifəsində verilmiş AMB-nin mərkəzi ofis binası üçün iki ədəd 30 kVA gücündə elektrik tənzimləyicilərinin, Biləsuvar şəhərində yerləşən ərazi idarəsi binası üçün bir ədəd 40kVA UPS avadanlığının və Yevlax və Quba şəhərlərində yerləşən ərazi idarələri binalarında istismar olunan UPS avadanlığı akkumulyatorlarının təchizatı və quraşdırılması işlərinin və Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofis və Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binası üçün müxtəlif tipli kondisionerlərin və mərkəzi soyutma-isitmə tipli (VRV və ya VRF) sistemin təchizatı və quraşdırılması işlərinin satın alınması üzrə açıq tenderlər Tender komissiyasının 06 aprel 2022-ci il tarixli qərarına əsasən “Dövlət satınalmaları haqqında” qanunun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilib.
Bundan başqa, 11 mart 2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında və Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsində verilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankında istifadə olunan standart proqram təminatları üzrə lisenziyaların satın alınması üzrə açıq tender Tender komissiyasının 07 aprel 2022-ci il tarixli qərarına əsasən “Dövlət satınalmaları haqqında” qanunun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilib.
Qeyd edək ki, sözügedən qanunun müvafmiq maddəsinə əsasən tender iştirakçıların sayı 3-dən az olmamalıdır.