Azərbaycan Mərkəzi Bankının inzibati binaları üçün müxtəlif tipli kondisionerlərin və mərkəzi soyutma-isitmə tipli (VRV və ya VRF) sistemin təchizatı və quraşdırılması işlərinin satın alınması üzrə tenderi baş tutmayıb.
FED.az xəbər verir ki, bu barədə AMB özü məlumat yayıb.
«Satınalmalar komissiyasının 28 sentyabr 2022-ci il tarixli qərarı ilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilmişdir»-deyə məlumatda bildirilir.