Mərkəzi Bankın tenderi baş tutmayıb.
FED.az xəbərr verir ki, inzibati binaları üçün müxtəlif tipli kondisionerlərin və mərkəzi soyutma-isitmə tipli (VRV və ya VRF) sistemin təchizatı və quraşdırılması işlərinin işlərinin satın alınması üzrə tender Satınalmalar komissiyasının 18 noyabr 2022-ci il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” qanunda 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilib.
Satınalmalar komissiyası
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” qanunun 11.1-ci maddəsinə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.