Mərkəzi Bank tibbi sığorta xidmətinin satın alınması üzrə müqavilə imzalayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyəti olub.
Müqavilənin ümumi məbləği 870 min 938 manat təşkil edir. Ehtimal olunan qiyməti 1 milyon 41 min 257,5 manat idi.
Ümumilikdə 957 nəfər əməkdaş üçün standart paket (minimum 5000 manat) və 19 nəfər üçün VIP paket (minimum 10000 manat) üzrə tibbi sığorta təmin ediləcək.
Həmçinin, 654 nəfər əməkdaşın ailə üzvləri üçün standart paket, eləcə də 19 nəfərlik ailə üzvləri üçün VIP sığorta xidməti təmin olunması nəzərdə tutulur.
Mərkəzi Bank daha öncə də 209 min 910 manat dəyərində əsas vəsaitlərin sığortalanması xidməti tenderini də "Paşa Sığorta"ya həvalə edib.













