Mərkəzi Bank "Mərkəzi Bank üçün kompyuter, printer, şəbəkə və ofis avadanlıqlarının satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Ata Texnologiya" MMC (VÖEN: 1400211841) olub.
Qalib şirkətə 496 128 manat ödəniləcək.
"Ata Texnologiya" MMC bundan əvvəl İcbari Tibbi Sığorta Agentliyinin 322 848 manat məbləğindəki "“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş barkod printer və skanerlərin satın alınması" tenderinin qalibi seçilib (06.12.2022).