Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) “JET İnformasiya Sistemləri” MMC ilə AMB-də məlumat tamlığının yoxlanılması, zəifliklərin aşkarlanması və veb-təhlükəsizliyin təmin edilməsi üzrə avadanlıq və proqram təminatlarının alınaraq quraşdırılması haqqında müqavilə bağlayıb.
Eləcə də bax: İnnovasiya və Təchizat Mərkəzi sığortaçı seçir - TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, tərəflər arasında 453,627 min manat dəyərində müqavilə bağlanıb.