Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarlarına nəzarət üzrə avtomatlaşdırılmış Vahid Nəzarət və Monitorinq Sisteminin yaradılması üçün açıq tender elan edib.
Eləcə də bax: Mərkəzi Banka 160 metrlik - YENİ BİNA TİKİLİR - ELAN
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri mayın 13-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isı mayın 22-nə qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun İnformasiya texnologiyaları departamentinin əməkdaşı Elman Muradovdur. Telefon: (012) 493-11-22 (daxili 499).
Təkliflərə mayın 25-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən gec 2 il müddətində təhvil verilməlidir.
Report