Mərkəzi Bank "Mərkəzi Bankı üçün “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması" üzrə tender elan edir.
FED.az xəbər verir ki. tender elanı 2023-cü il ərzində 4 (dörd) dəfə olmaqla (mart, iyun, sentyabr və dekabr aylarında) “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsini əhatə edir.
Tenderdə iştirak üçün tələb olunan məbləğ 250 manatdır, müsabiqə noyabr ayının 17-də başlayır, tələb olunan sənədlər dekabrın 8-dək, tender təklifləri isə dekabr ayının 16-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 19-da açılacaq.
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90