Mərkəzi Bank özü üçün 19 litrlik qablaşdırılmış içməli dispenser suyunun satın alınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır və təkliflərin son təqdim olunma tarixi və vaxtı 19.01.2022 - ci il saat 18:00 - a kimidir.
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri - Təqdim edilməlidir
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat - Təqdim edilməlidir
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd - Təqdim edilməlidir
İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı - Təqdim edilməlidir
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış - Təqdim edilməlidir
İddiaçıın fəaliyyət sahəsi üzrə iş təcrübəsi və əsas korporativ müştərilər barədə məlumatlar. Son 2 (iki) il ərzində xidmət göstərilən müştərilərin adları və əlaqə məlumatları - Təqdim edilməlidir
Suyun və su qablarının gigiyenik və uyğunluq sertifikatlarının surətləri - Təqdim edilməlidir
İçməli suyun son bir ayda keçirilən laboratoriya testinin (bütün bioloji, fiziki və kimyəvi parametrlər üzrə) nəticələrinin surətləri - Təqdim edilməlidir
Müəssisənin idarəetmə sisteminin İSO 22000:2018 “Qida təhlükəsizliyi idarəetmə sistemləri standartının tələblərinə uyğun olaraq sertifikatlaşdırılmasına dair alınmış müvafiq sertifikatın surəti - Təqdim edilməlidir
Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin qida təhlükəsizliyi qeydiyyatına alınması barədə müvafiq dövlət qurumundan alınmış sənədin surəti - Təqdim edilməlidir
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elvin ŞirdanovŞöbə rə[email protected] (daxili 428)
Kotirovka sorğusunda iştirak etmək üçün təkliflərin minimal sayı: 3