Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq aşağıdakı lotlar üzrə açıq tender elan edir.
Lot- 1. Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin satınalınması.
Lot -2. Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında istismar olunan isitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmətin və müvafiq sahəyə uyğun zəruri iş və mal-materialların satınalınması.
Lot- 3. Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin və elektrik mallarının satınalınması.
Lot -4. Azərbaycan Respublikası Mərkəzi Bankının əsas inzibati binasında quraşdırılmış avtomatlaşdırılmış telefon stansiyası OpenScape Business üçün İP telefon aparatlarının və zəruri modulların satınalınması.
Lot -5. Azərbaycan Respublikasının Mərkəzi Bankına məxsus nəqliyyat vasitələrinə texniki xidmətin satınalınması.
Tender proseduru 12 mart 2018-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90) keçiriləcəkdir.
Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə (iştirak ediləcək satınalma predmeti dəqiq göstərilməklə);
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
- Azərbaycan dilində iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 30 aprel 2018 –ci il tarixədək qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 (bir) faiz məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);
- son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə dövlət orqanından arayış;
- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 9 mart 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 27 fevral 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına iştirak etdiyi hər bir lot üçün 50 (əlli) manat məbləğdə vəsait köçürməlidirlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004, VÖEN: 9900071001
H/h: AZ25NABZ 01701190000000001944
M/h: AZ74NABZ 01451700000000001944
S.W.I.F.T. BİK NABZAZ2C
Satınalmaya başlanma vaxtı:
Lot -1. 2018-ci il oktyabrın 1-dən etibarən
Lot -2. Texniki xidmət 2018-ci il aprelin 17-dən, digər iş və mal-materialların satınalınması tenderin əsas şərtlər toplusuna uyğun həyata keçiriləcəkdir;
Lot -3. Texniki xidmət 2018-ci il iyulun 1-dən, digər elektrik mallarının alınması satınalma müqaviləsi imzalandığı gündən başlayacaqdır;
Lot -4. satınalma müqaviləsi imzalandığı gündən;
Lot- 5. 2018-ci il mayın 2-dən başlayacaqdır.
Malların təchizatı və işlərin görülməsi:
Lot -1, Lot -3 və Lot -5 dövri olaraq 1 il müddətində aparılacaqdır;
Lot -2. texniki xidmət dövrü olaraq 1 il müddətində, digər iş və mal-materialların satınalınması tenderin əsas şərtlər toplusuna uyğun aparılacaqdır;
Lot -4. satınalma müqaviləsi imzalandığı gündən 60 (altmış) təqvim günü müddətində həyata keçiriləcəkdir.
Qiymətləndirmə meyarları:
Lot -1, Lot -2 və Lot -3 qiymət və texniki amillər (iş təcrübəsi, insan və texniki qaynaqlar);
Lot -4. qiymət amili və iş təcrübəsi;
Lot- 5. qiymət və texniki amillər (maddi - texniki baza, əməkdaşların peşəkarlığı, korporativ müştərilərə xidmət (oxşar işlər üzrə korporativ müştərilərin sayı).
Tenderdə iştirak etmək istəyən iddiaçı şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Əlaqələndirici şəxs:
Elvin Şirdanov (hüquq departamenti), telefon: 493-11-22 (dax.tel:428)
Ceyhun Səməndov (inzibati departament), telefon: 493-11-22 (dax.tel: 599).
Tender komissiyası