Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin və nağd pulunun sığortalanması üçün açıq tender elan edib.
Eləcə də bax: Vergi borcu olan şirkət İcra Hakimiyyətinin - Tenderinin Qalibi Olub
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri dekabrın 13-ü, saat 17:30-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 21-i, saat 17:30-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim edə bilər. Əlaqələndirici şəxslər qurumun Hüquq departamentindən Elvin Şirdanov və İnzibati departamentindən Ceyhun Səmədovdur. Telefon: (012) 493-11-22 (daxili: 428 və 599).
Təkliflərə dekabrın 22-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.