FED.az xəbər verir ki, Mərkəzi Bank “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz əməkdaşları üçün tibbi sığorta xidmətlərinin alınması üzrə açıq tender keçirir.
Eləcə də bax:Ləğv prosesində olan banklarda pulu qalanların nəzərinə - ÖDƏNİŞ BAŞLAYIR - TARİX
Tender proseduru 21 noyabr 2019-cu il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.
Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün müraciət (ərizə),
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri,
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd,
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı,
- iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 08 yanvar 2020-ci il tarixinədək qüvvədə olmalıdır),
- tender təklifinin qivmətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında),
- iddiaçıva Azərbaycan Respublikasında sığorta fəaliyyətini həvata keçirmək hüququ verən lisenziyanın və tibbi sığorta fəaliyyətinin həyata keçirilməsinə icazənin surəti,
- son İ(bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı,
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq dövlət orqanından arayış,
- iddiaçının tibbi sığorta fəaliyyəti sahəsində ən azı 3 (üç) il təcrübəsinin olması barədə məlumat,
- sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmavan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməvən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən töv-
siyə məktubu.
- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatlar.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 20 noyabr 2019-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 08 noyabr 2019-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibatı binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
İştirak haqqı 100 (bir yüz) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:
Azərbaycan Respublikasının Mərkəzi Bank
Kod: 501004
VOEN: 990007 1001
Hesab: А225МАВ201701190000000001944,
Müxbir hesab: AZ74NABZ01451700000000001944
S.W.i.F.T BIK: - NABZAZ2C
Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti, Xidmətin göstərilməsinə başlanma vaxtı: 27.11.2019-cu il tarixdən.
Xidmətin göstərilməsi müddəti: 12 (on iki) ay.
Qiymətləndirmə amilləri: maliyyə və texniki.
Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibatı binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.
Tender üzrə əlaqələndirici şəxs: Hüquq departamentinin əməkdaşı:
Elvin Şirdanov (elvin shirdanov öcbar.az, tel,: 493-11-22 (daxılı 428)