Azərbaycan Mərkəzi Bankı xəzinə infrastrukturunun fəaliyyətinin təmin edilməsi üçün stolüstü pul emal edən, pul sayan avadanlıqların satın alınması ilə bağlı elan edilmiş tenderə yekun vurub.
AMB-dən FED.az-a verilən məlumata görə, elektron satınalma prosedurları çərçivəsində keçirilmiş açıq tender üzrə Satınalmalar komissiyasının 21 noyabr 2022-ci il tarixli qərarına əsasən "HALAL-P" MMC qalib elan edilib. Bu şirkətlə 200 min 4 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.