Mərkəzi Bank tender elan edir.
Eləcə də bax: Dövlət qurumu üçün - 4,7 MİLYON MANATA İNZİBATİ BİNA TİKİLƏCƏK
FED.az xəbər verir ki, Mərkəzi Bank Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 109 ünvanda yerləşən “Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni binası”nın detallı layihələndirmə işləri (o cümlədən tikinti icazəsinin planlaşdırılması) və tikintisi üçün potensial şirkətləri təklif verməyə dəvət edir.
Binanın tikinti sahəsi 33 200 m2, ümumi mərtəbə sahəsi 67 926 m2, hündürlüyü 160 metr olacaq.
Yeni binada xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi məntəqələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaftı ilə birlikdə, ofis sahələri olacaq.
Tikinti müddəti layihələrdirmə mərhələsi də daxil olmaqla, müqavilənin qüvvəyə minməsindən sonra 36 aydır.
Elana əsasən layihədə məxfi məlumatlar da olacaq, ona görə də təkliflər sorğusunda iştira edəcək namizədlər «Məxfilik öhdəliyi» adlı sənədi imzalamalı olacaqlar.
Təklifər sorğusunda iştirak etmək istəyənlər sənədləri 6 mart 2020-ci il saat 17:00-dək elektron poçt vasitəsilə təqdim etməlidirlər.
Ünvan: Bakı şəhəri, AZ1014, R Behbudov küçəsi,90
Telefon: +994 12 493 11 22
E-mail: [email protected]
Faks: +994 12 493 55 41
Kimə: Surxay Həsənov