Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) keçirdiyi kotirovka sorğusunun qaliblərini elan edib.
FED.az TENDER xəbər verir ki, AMB-ə dəvət olunmuş ekspertlər üçün hotelin seçilməsi üzrə keçirilən kotirovka sorğusunun qalibi “Sapphire” MMC olub.
Həmçinin AMB-də keçirilən təlimlər zamanı çay-kofe fasiləsinin təşkil olunması üzrə Nurəli Həbib oğlu Məmmədovla müqavilə imzalanıb.
Xatırladaq ki, “Sapphire” MMC-in tərkibinə 4 otel daxildir. Bunlar: “Sapphire Otel Baku” , “Sapphire İnn”, “Sapphire Marine”, “Sapphire Şəhər”dir.
Mərkəzi Bank öz qonaqları üçün – OTEL SEÇDİ

11:29
28 Mart 2019