Mərkəzi Bank maliyyə bazarlarına nəzarət üzrə avtomatlaşdırılmış Vahid Nəzarət və Monitorinq Sisteminin yaradılması ilə bağlı tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: Bakı meriyası kommunal avadanlıqlar üçün - 10 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “GTSolyuşnz” şirkəti olub..
Məlumatda bildirilir ki, sözügedən sistemin yaradılması ilə bağlı elan edilmiş açıq tenderin nəticələrinə görə Tender komissiyasının 09 iyun 2020-ci il tarixli qərarına əsasən “GTSolyuşnz” şirkəti tenderin qalibi müəyyən edilib.
Qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalayıb.