Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mərkəzi Bankda keçiriləcək mətbuat konfranslarının sosial şəbəkələr üzərindən canlı yayımının təşkili xidmətinin satın alınması üzrə kotirovka sorğusu keçirir.
Mərkəzi Bank sığortaçı seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
FED.az xəbər verir ki, təkliflərin açılma proseduru 21 yanvar 2025-ci il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kotirovka sorğusu mikro,kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndiriləcək.
Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 67.02 (altmış yeddi manat 02 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə kotirovka sorğusunun şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
Kotirovka sorğusunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 21 yanvar 2025-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
Xidmətin göstərilməsi müddəti: satınalma müqavilə imzalandığı tarixdən 1 (bir) il müddətində Satınalan təşkilatın sifarişləri əsasında müəyyən edilmiş tarixlərdə göstərilməlidir.
Qiymətləndirmə meyarı: qiymət amili.
Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs: Əhmədli Günay Əlihüseyn qızı, Satınalma mütəxəssisi ([email protected])