Mərkəzi Bank “Mərkəzi Bankın adına ölkə xaricindən daxil olan və onun adından ölkə xaricinə göndərilən yüklərin gömrük rəsmiləşdirilməsi və təyin edilmiş ünvana çatdırılması xidmətinin satın alınması” üzrə kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır. Müsabiqə fevral ayının 27-də başlayır. Təkliflər martın 15-dək təqdim edilməlidir. Zərflər martın ayının 16-da açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 9900071001
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90
Çatdırılma yeri: Bakı şəhəri
Çatdırılma müddəti: 1 il
Açıqlama: 1. Sifarişçinin adına ölkə xaricindən daxil olan və onun adından ölkə xaricinə göndərilən yüklər üçün bəyannamələrin doldurulması; 2. Sifarişçinin vəkaləti ilə onun adına idxal/ixrac əməliyyatlarının rəsmiləşdirilməsi və Sifarişçinin adından yükün ölkə xaricinə göndərilməsi üçün Sifarişçidən qəbul edilməsi və ya Sifarişçinin adına ölkə xaricindən daxil olan yükün Sifarişçinin Bakı şəhəri ərazisində təyin etdiyi ünvana çatdırılması; 3. Malların gömrük ekspertizasından keçirilməsi; 4. İri həcmli malların yüklənib-boşaldılması xidmətinin təşkili; 5. Ölkə xaricinə gedən yüklərin təyinat ünvanına çatdırılması xidmətinin təşkili.