Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün elektrik mallarının və avadanlıqlarının satın alınmas və Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan mebel avadanlıqları, habelə qapı-pəncərə sistemləri üçün ehtiyat hissələrinin satın alınması məqsədilə kotirovka sorğuları elan edir.
Xəzər Dəniz Gəmiçiliyi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, kotirovka sorğuları üzrə Əsas şərtlər toplularını əlaqələndirici şəxslərdən əldə etmək olar.
Kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri ən geci 07 oktyabr 2021-ci il saat 17:30-dək əlaqələndirici şəxslər tərəfindən qəbul ediləcək və Satınalmalar komissiyası tərəfindən 08 oktyabr 2021-ci il saat 10:00-da Mərkəzi Bankın inzibati binasında açılacaqdır.
Kotirovka sorğuları üzrə əlaqələndirici şəxslər:
Elvin Şirdanov, telefon - 493 11 22 (daxili 428)
Elnur Musayev, telefon - 493 11 22 (daxili 490)