Mərkəzi Bank tender elan edir.
Eləcə də bax: Beynəlxalq Bank - İŞÇİLƏRİNİ SIĞORTALAYIR - ELAN
FED.az xəbər verir ki, Mərkəzi Bank informasiya və kiber təhlükəsizliyin gücləndirilməsi məqsədilə avadanlıqların alınması və quraşdırılaraq fəaliyyətdə olan informasiya sistemlərinə inteqrasiyası ilə bağlı tender elan edir. Tenderdə iştirak haqqı 300 manatdır.
Tender proseduru 22 aprel 2020-ci il saat 15:00-da dövlət satınalmalarının vahid internet Portalında (https://etender.gov.az/) (bundan sonra Portal) keçiriləcəkdir.
Qeyd edək ki, tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.