Mərkəzi Bank bir-birinin ardınca iki tender elan edir.
FED.az xəbər verir ki, birinci tender “Mərkəzi Bank üçün “Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin MHBS-9 tələbləri əsasında Metodologiyasının hazırlanması” üzrə xidmətin satın alınması”, ikinci tender “Mərkəzi Bank üçün “Daşınmaz əmlakın qiymətləndirilməsi” üzrə xidmətin satın alınması”nı əhatə edir. Tenderlərdə iştirak üçün tələb olunan məbləğ 250 manatdır. Hər iki müsabiqə dekabr ayının 8-də, başlayır. Tələb olunan sənədlər dekabrın 29-dək, təkliflər isə yanvarın 11-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 12-də açılacaq.
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90